Rus hakerlər ABŞ-ın kiber müdafiə sistemini çökdürüb

6-10-2017, 13:25           
Rus hakerlər ABŞ-ın kiber müdafiə sistemini çökdürüb
FaktXəbər-in verdiyi məlumata görə, rus hakerlər ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) kiber müdafiə məlumatlarını ələ keçirib. Bu barədə "Wall Street Journal" yazıb.

Nəşrin iddiasına əsasən, Rusiya hökumətinə işləyən haker şəbəkəsi ABŞ-ın xarici kompüter şəbəkələrinə müdaxiləsi və kiber hücumlara qarşı necə müdafiə olunmasına dair məxfi məlumatları Milli Təhlükəsizlik Agentliyindən (MTA) oğurlamağı bacarıb.

Rusiyalı hakerlər MTA üçün işləyən bir şirkətin "Kaspersky Lab" istifadə etməsindən sonra məxfi məlumatlara yiyələnib. İddia edilən informasiya oğurluğu ABŞ-ın son illərdə üzləşdiyi ən böyük kiber hücum kimi qiymətləndirilir və ölkənin müdafiəsiz vəziyyətdə olmasını göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru