Azərbaycanın xarici işlər naziri Gürcüstanda səfərdədir
8-10-2017, 11:57
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Gürcüstana səfərə gəlib. “Report”un Gürücstan bürosu xəbər verir ki, səfərin məqsədi GUAM-ın 20 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etməkdir. E.Məmədyarovun Gürcüstanın baş naziri və digər dövlət və hökumət üzvləri ilə görüşü nəzərdə tutulub.