Putin: “Başqa ölkələrin işinə müdaxilə etmək cəhdləri xaosla nəticələnir”

15-10-2017, 08:42           
Putin: “Başqa ölkələrin işinə müdaxilə etmək cəhdləri xaosla nəticələnir”
Suveren dövlətlərin işinə xaricdən müdaxilə etmək cəhdləri xaosa gətirib çıxarır. Bu cür addımlar artıq terrorçuluğun yayıldığı Yaxın Şərqdə stabilliyi pozub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“Müasir dünyada inkişafın şablon modeli yoxdur, ola da bilməz. BMT-nin Əsasnaməsində qeyd edildiyi kimi, hər bir dövlət müqəddəratını özü müəyyən etməyə təbii və danılmaz hüquqa malikdir”, - deyə V.Putin Parlamentlərarası İttifaqın Assambleyasının açılışında bildirib.

“Milli spesifikanı bilmədən və nəzərə almadan suveren dövlətlərin həyatına müdaxilə etmək cəhdləri yalnız xaosla nəticələnir. Bu cür düşünülməmiş müdaxilə Yaxın Şərq və Şimali Afrikada stabilliyin pozulmasına, bu bölgədə gərginliyin və terror təhlükəsinin artmasına səbəb olub”, - deyə V.Putin qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru