Con Kerri Trampı beynəlxalq böhran yaratmaqda ittham edib

15-10-2017, 08:51           
Con Kerri Trampı beynəlxalq böhran yaratmaqda ittham edib
ABŞ-ın sabiq dövlət katibi Con Kerri prezident Donald Trampı beynəlxalq böhrana yol açmaqda ittham edib.

“Report” “cbsnews.com”-a istinadən xəbər verir ki, o, ABŞ prezidentinin İranın nüvə proqramına dair əldə olunan beynəlxalq razılaşma barədə söylədiklərini sərh edərkən belə deyib.

“Prezident Trampın qərarı təhlükəlidir. O, beynəlxalq böhran yaradır. Bu ABŞ və bizim yaxın müttəfiqlərin milli maraqlarını təhlükə altına atır. Mən ümid edirəm ki, prezident tərəfindən yalnış itthamlar və təxribatyönlü bəyanatlar səslənsə belə, razılaşmanın diqər iştirakçıları dünyaya məhsuliyyətlə davranmağın nə olduğunu göstərəcək və ona sadiq qalacalaq" , - deyə o vurğulayıb.

Qeyd edək ki, Donald Tramp ölkəsinin 2015-ci ildə İran və Qərb dövlətləri arasında nüvə proqramına dair əldə olunan beynəlxalq razılaşmadan çıxacağını istisna etməyib. Məsələ ilə bağlı ABŞ parlamenti Konqresə 90 gün ərzində rəyini bildirməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru