«İran Kürdüstan muxtariyyəti ilə sərhədləri bağlamayıb» – İRAN XİN

16-10-2017, 05:52           
«İran Kürdüstan muxtariyyəti ilə sərhədləri bağlamayıb» – İRAN XİN
İran hökuməti İraqın Kürdüstan muxtariyyəti ilə sərhədləri bağlamayıb. Bunu İranın xarici işlər nazirliyi (XİN) bəyan edib.

Xəbərə görə, İraq Kürdüstanı ilə 3 sərhəd-keçid məntəqəsi fəaliyyətini davam etdirir. Amma İranla Kürdüstan arasında hava əlaqəsi kəsilib – bu yol hələ 3 həftə bundan əvvəl İraq hökumətinin sorğusu əsasında bağlanıb.
İran XİN-nin rəsmi nümayəndəsi bunu «Tasnim» agentliyinin yaydığı «İran Şimali İraqla əlaqəni tam kəsib» səciyyəli informasiyanı şərh edərkən bildirib. Bu barədə agentliyə yerli kürd məmur xəbər verib. «Shafaq News» xəbər portalı isə təsdiqləyir ki, İranın kürd bölgəsi ilə quru sərhədi bağlanıb.

Kürd hakimiyyət nümayəndələri Tehranla təmasları davam etdirir və vəziyyəti yoluna qoymağa cəhd göstərirlər.
İran da Türkiyə və İraq kimi, İraq Kürdüstanında keçirilmiş referendumun nəticələrini tanımır.

Referendumdan bir qədər sonra İraq Kürdüstanının başçısı Məsud Bərzani sanksiyaların aradan götürülməsi müqabilində, bölgənin İraqdan ayrılması prosesini iki il müddətinə dayandırmağa razılıq verib.
İran hakimiyyəti hesab edir ki, ölkəni separatçı əhval-ruhiyyə bürüyə bilər, çünki İslam dövlətində 8 milyon kürd yaşayır.

Bu arada İraqın şimalındakı Kərkük əyalətində vəziyyət kəskin halda gərginləşib. Əyalət faktiki olaraq, kürd hərbləşdirilmiş birləşmələrinin (peşmərgə) nəzarəti altındadır. Bu ərazi İraq kürd muxtariyyətinin tərkibinə daxil deyil, amma burada da referendum keçirilib. Kürdlər bu əyaləti bölgəyə birləşdirmək istəyirlər. Bağdad isə oraya ordu yeritmək niyyətindədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.