Dağlıq Qarabağla bağlı birgə bəyanat uzun müddət ərzində səsləndirilən ən müsbət bəyanatdır - Brayza

16-10-2017, 20:59           
Dağlıq Qarabağla bağlı birgə bəyanat uzun müddət ərzində səsləndirilən ən müsbət bəyanatdır - Brayza
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədə keçirilən görüşündən sonra iki ölkənin XİN rəhbərlərinin və ATƏT Minsk qrupu həmsədrlərinin birgə bəyanatı uzun müddət ərzində verilən ən müsbət bəyanatdır.

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.

Onun sözlərinə görə, bu bəyanat onu göstərir ki, tərəflər prosesi aktivləşdirmək istəyir və qoşunların qarşıdurma xəttində gərginliyin azaldılması üçün tədbirlər görmək niyyətindədir.

M.Brayza qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə işgüzar sessiyaların təşkil olunması növbəti məntiqi addımdır: “Əgər prezidentlər prosesi bərpa etməyə razılaşıbsa, əlbəttə ki, xarici işləri nazirləri ilə bu cür işgüzar görüşlərin təşkil edilməsi həmsədrlərin öhdəliyidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru