Avropadan İranla bağlı bəyanat

17-10-2017, 08:55           

İngiltərə Baş naziri Tereza Meylə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker arasında görüş baş tutub.

Axar.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə bir araya gələn rəsmilər birgə bəyanatla çıxış ediblər.

“İngiltərə baş naziri və Avropa Komissiyasının rəhbəri qitədə və dünyada baş verən siyasi problemlərlə bağlı müzakirə apardı. Onlar İranla imzalanan nüvə razılaşmasının qorunmasının vacibliyini qeyd etdilər. Həmçinin avropalı vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, xüsusilə terrorizmlə mübarizə çərçivəsində onların qorunması məsələsi də müzakirə mövzusu oldu. Tərəflər eyni zamanda gələn həftə baş tutacaq Avropa Şurasının toplantısı ilə də bağlı hazırlıqlar prosesini sürətləndirib”, - deyə bəyanatda bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.