Rusiya və ABŞ koalisiyasının nümayəndələri arasında Suriyaya dair görüş keçirilib

18-10-2017, 09:06           
Rusiya və ABŞ koalisiyasının nümayəndələri arasında Suriyaya dair görüş keçirilib
Rusiya və İŞİD-ə qarşı ABŞ koalisiyasının nümayəndələri arasında Suriyada münaqişə hallarının aradan qaldırılmasına dair ikinci görüş keçirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə koalisiyanın rəsmi nümayəndəsi polkovnik Rayan Dillon bildirib.

“Əvvəlki səviyyədə təşkil olunan ikinci görüş İraq və Suriya hüdudlarından kənarda keçirilib. Bu görüş bir həftə əvvəl baş tutub”, - deyə R.Dillon bildirərək, görüşlə bağlı digər təfərrüatları açıqlamaqdan boyun qaçırıb.

Qeyd edək ki, birinci görüş sentyabrda baş vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru