YASƏMƏN QARAQOYUNLU DAK-DAN İSTEFA VERDİ!!!

18-10-2017, 20:41           

Yasəmən Qaraqoyunlu açqlama verərək, DAK üzvlüyündən və Strateji Araşdırma Mərkəzi sədrliyindən itefa verdiyini bildirib. Açıqlamada deyilir:
“Siyasi baxışlarımda yaranmış fərqlərlə bağlı olaraq və bundan sonra daha çox elmi yaradıcılıq fəaliyyətinə üstünlük vermək istədiyim üçün DAK üzvlüyündən və Strateji Araşdırma Mərkəzi sədrliyindən getmək qərarı aldım. Məni DAK-a Sabir Rüstəmxanlı dəvət etmişdi, etimad göstərərək Strateji Araşdırmalar Mərkəzinə sədr vəzifəsinə təyin etmişdi. Sabir Rüstəmxanlıya sayğılarımı bildirir, gösrərdiyi etimada görə təşəkkür edir, DAK- a bundan sonrakı fəaliyyətində də uğurlar və başrılar diləyirəm. Amma mənim başqa planlarım var və Bütöv Azərbaycan davasını öz təşkilatımda Bütöv Azərbaycan Hərəkatı vasitəsilə davam etdirməyi düşünürəm.
Bundan sonra daha çox elmi fəaliyyətə üstünlük verməyi qərara almışam.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.