Ermənistanın yürütdüyü qərəzli savadsızlıq erməni diasporunu da çaşqın vəziyyətə salıb - Azərbaycan XİN

19-10-2017, 22:17           
Ermənistanın yürütdüyü qərəzli savadsızlıq erməni diasporunu da çaşqın vəziyyətə salıb - Azərbaycan XİN
BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 822(1993), 853(1993), 854(1993) və 884(1993) saylı qətnamələrini oxumaq Ermənistan rəhbərliyi üçün faydalı olardı.

Bunu Trend-ə açıqlamasında Ermənistan xarici işlər naziri E.Nalbədyanın 4-cü Avropa erməniləri konfransında səsləndirdiyi fikirləri ilə əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

"Sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Həmçinin, qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsbit olunub.

Ermənistan xarici işlər nazirinin isə bu cəfəngiyyatı təkrarlamaması və heç olmasa peşəkar şəkildə davranmağa cəhd göstərməsi onun özü üçün yaxşı olardı.

Təəssüf edirik ki, Ermənistan tərəfindən yürüdülən bu məqsədyönlü və qərəzli savadsızlıq danışıqlar üçün mənfi təcrübə yaratmaqla bərabər, Ermənistan vətəndaşlarını, həmçinin erməni diasporunu çaşqın vəziyyətə salır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru