Putin Ermənistanın dövlət müstəqilliyini ləğv edir

21-10-2017, 09:31           
Putin Ermənistanın dövlət müstəqilliyini ləğv edir
Keçmiş baş nazir Rusiyanın Qafqaz hücumunun yeni detallarını açıb

Erməni mətbuatına diqqət yetirdikə erməni elitasının müstəqillik dövründə əldə etdiyi hər şeyin sürüşdüyünü görmək olur.

İstiPress-in məlumatına görə, İrəvanda dərc olunan "Haykakan jamanak" qəzeti yazır ki, müstəqillik illərində erməni siyasi elitasının İrəvanda tikdirdiyi bütün malikanələr sürüşmə riski altındadır. Bu xüsusilə İrəvanın Sarı dağ məhəlləsində tikilmiş villalara aiddir. Qəzet iddia edir ki, güclü leysan bu villaların hamısını selə qarışdırıb Zəngi çayına tökəcək.

İkinci sürüşən erməni dəyəri Ermənistanın Savva Morozovu - biznesdə böyük uğurlar qazanmış kənd uşağı Qaqik Sarukyanın pullarıdır. "Jamanak" qəzetinin yazdığına görə, Sarukyanın zavodlarından birinin direktoru ondan bir neçə milyon dollar oğurlayaraq aradan çıxıb.

Üçüncü sürüşən erməni dəyəri isə konyakdır. “NEWS.am” portalının yazdığına görə, üzümlüklərdə geniş yayılmış filloksera böcəkləri nəinki hazır üzüm məhsulunu, hətta tənəkləri də dibindən məhv edir. Əlqərəz, müstəqil Ermənistanın konyakdan pis-yaxşı əldə etdiyi gəlirlər sürüşəcək.

Ermənistanın populyar “1in.am” portalının tanınmış müəllifi Sarqis Arsruni isə Ermənistanın altından dövlət müstəqilliyi kürsüsünün sürüşməsinə məqalə həsr edib. “Putin necə Koçaryanın əli ilə Ermənistanı “qeyri-dövlət”ə çevirdi” başlıqlı məqalədə bildirilir ki, Mixail Kasyanovun baş nazir olduğu 2000-ci illərin əvvəllərində Ermənistan öz müstəqilliyin cəmi 120 milyon dollar borca görə itirib.

“112 Ukraina” telekanalına müsahibə verən Mixail Kasyanov bildirib ki, bu məsələdə onun günahı yoxdur, çünki hər şeyi o vaxtkı prezident Vladimir Putinin əmri ilə edib. Kasyanov bildirib ki, ümumiyyətlə, Vladimir Putin keçmiş sovet respublikalarını müstəqil dövlət saymayıb və indi də saymır.

Putin Ermənistanın dövlət müstəqilliyini ləğv edir

Qeyd edək ki, məsələnin bu tərəfi Azərbaycan üçün də maraqlıdır. Belə çıxır ki, Ermənistan o vaxt ən zəif həlqə olduğundan Moskva birinci onu sındırıb - Ermənistan artıq energetika obyektlərini, gömrük siyasətini, sərhədlərini, ordusunun hərbi komandlanlığını, xarici siyasətini Moskvaya təhvil verib. Ermənistan ordusunun bir hissəsi birləşmiş qoşunlar adı altında Moskvanın nəzarətinə verilib və s.

Bu isə Qarabağ münaqişəsində də özünü göstərir - Azərbaycan aprel döyüşlərində əks-hücum edir və müəyyən yüksəklikləri ələ keçirir, atəşin kəsilməsi barədə danışıqlar Rusiya ordusunun rəhbərliyi ilə Azərbaycan ordusunun rəhbərliyi arasında aparılır. Qarabağ üzrə bəzi danışıqlarda Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan nümayəndə heyəti ilə birlikdə oturur və s.


Bunun üçün əsas məqsəd güclü iqtisadiyyat və güclü hərbi sənaye qurmaq olmalıdır. Qarabağ münaqişəsi əslində Azərbaycanın hərbi-siyasi qüdrətinin artırılması üçün əsas stimulverici səbəbə çevrilməlidir. Və bir gün bütün dünya Azərbaycanın da ataları ağqoyunlular, qaraqoyunlular, səfəvilər, afşarlar və qacarlar kimi ən azından regional gücə çevrilməsinin şahidi olmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.