Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Kim-in yoxa çıxacağına eyham vurdu

23-10-2017, 10:01           
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Kim-in yoxa çıxacağına eyham vurdu
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo bəyan edib ki, başçılıq etdiyi strukturu daha da qəddarlaşdıracaq. Pompeo bunun Şimali Koreyanın raket-nevə proqramı ilə bağlı olduğunu deyib.

Onun sözlərinə görə, Kim Çen Inın rejimi Amerika ərazisinə çata bilən raket hazırlamaq ərəfəsindədir. ABŞ isə buna yol verməməyə çalışır.

“Əgər Kim yoxa çıxmalıdırs MKİ-nin tarixçəsini nəzərə alaraq mən bu haqda danışmayacam. Bu, bizim idarə üçün faydalı deyil”-Pompeo Şimali Koreya liderinin fiziki məhvi variantı haqda suala cavab olaraq deyib.

Pompeo əlavə edib ki MKİ-nin səhra fəaliyyətini bərpa edəcəklər.

Bu ilin aprelində ABŞ prezidenti yanında milli təhlükəsizlik Şurası Şimali Koreya təhlükəsi ilə bağlı ssenariləri müzakirə edib. Mətbuat yazıb ki, variantlardan biri Kim Çen Inın fiziki məhvidir. (Virtualaz.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru