Amanda Pol: “Rusiya Ermənistanın ən böyük himayədarıdır”

24-10-2017, 00:40           
Amanda Pol: “Rusiya Ermənistanın ən böyük himayədarıdır”
Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir və bu çox təhlükəlidir. Bunu “Trend”ə Avropa Siyasi Mərkəzinin analitiki Amanda Pol deyib.

A.Pol vurğulayıb ki, Ermənistanın və ümumiyyətlə regionun hərbiləşdirilməsi heç də müsbət hal deyil, lakin Yerevan görünür ki, Azərbaycanın hərbi potensialını üstələməkdə ehtiyac duyur.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir.

A.Pol bildirib: "Rusiya Ermənistanın ən böyük himayədarıdır. Çünki Rusiya Ermənistanda hərbi bazasının olmağından əlavə, Ermənistana və Azərbaycana böyük miqdarda silah satır və bunu özünün balanslaşdırılmış siyasətinin bir hissəsi kimi əsaslandırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru