"Fateh"in hücum planı: yeni hədəf bu ölkədir

19-11-2017, 11:31           
"Fateh"in hücum planı: yeni hədəf bu ölkədir
Yaxın Şərqi bir-birinə qatan Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Yəmən, Qətər, Fələstin və Livandan sonra İordaniyanın da başına bəla olub.

Publika.az xəbər verir ki, şahzadə Qətərin blokadaya salınması ilə başlatdığı bölgəni “səhmana salmaq” əməliyyatlarına fələstinliləri də daxil edib. Onun İsrail və ABŞ-la razılaşaraq əldə etdiyi həll yolu planı İordaniyada yaşayan milyonlarla fələstinlidə narahatlıq yaradıb.

Səudiyyə Ərəbistanının tərtib etdiyi planda Qüds şəhərinin beynəlxalq bir idarəetmənin ixtiyarına verilməsi və fələstinlilərin şəhərə geri qayıtmaması məsələləri öz əksini tapıb. Bu vəziyyət iki milyondan çox fələstinlinin etirazına səbəb olub. İordaniya Krallığı Məhkəməsindən ali səviyyəli bir şəxs isə rəsmi Riyadın İordaniyanın sabitliyini təhdid etdiyini deyib.

O, Səudiyyə-İsrail planının 1940-cü ildə imzalanan, Əmman-Təl Əviv arasında sərbəst keçidi təmin edən sülh müqaviləsinə zərbə vuracağını qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru