“Rus NATO-su” İrəvanın Qarabağ bəyanatını qəbul etdi – Mətn

1-12-2017, 12:41           

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dövlət başçıları Qarabağla bağlı bəyanat qəbul ediblər.

Axar.az xəbər verir ki, bu barədə informasiya KTMT-nin rəsmi saytında yer alıb. Bəyanatda KTMT-nin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ konfliktinin həlli iə bağlı vasitəçilik səylərini dəstəklədiyi vurğulanıb:

“ATƏT-in Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-ın simasında olan həmsədrləri yeganə vasitəçilik funksiyası mandatına sahib olan beynəlxalq strukturdur, onun missiyası tərəflərə Dağlıq Qarabağ konfliktinin siyasi-diplomatik vasitələrlə həllinə yardım etməkdən ibarətdir. Üç ölkənin həmsədrlərinin səyləri sayəsində problemin həlli üçün əsas olan bütöv prinsiplər və elementlər işlənilib və bunlar Rusiya, Fransa və ABŞ prezidentlərinin Dağlıq Qarabağla bağlı birgə bəyanatında əks olunub. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin gərəkdiyini təsdiq edərək, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin konfliktin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsinin, Helsinki Yekun Akstının müddəaları, xüsusilə güc tətbiq etmədən və ya güc tətbiqi təhdidi olmadan, dövlətin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyinetmə əsasında həllinə yönələn səylərinə dəstək nümayiş etdiririk. 2016-2017-ci illər ərzində Dağlıq Qarabağ problem ilə bağlı Vyana, Sankt-Peterburq və Cenevrə sammitlərində əldə edilmiş razılaşmaların reallaşdırılmasını dəstəkləyirik”.

Qeyd edək ki, bəyanat Ermənistan tərəfinin təşəbbüsü ilə KTMT-də gündəmə gətirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.