Qarabağa helikopterlə gəlib-gedən Serj Sərkisyanın helikopterini niyə vurmuruq?

3-12-2017, 02:24           

Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa helikoterlə gəlib-gedir. Həmin helikopter Azərbaycan sərhədini hər dəfə pozur. Sərhəd pozucusuyla necə rəftar edirlər? Bəli, hava məkanını icazəsiz və mütəmadi pozan təyyarəni və helikopteri vururlar. Bəs belə isə Sərkisyanın helikopterini də vurmaq olarmı? Olar. Ancaq bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi bu səpkili açıqlama yayınlamalıdır:

“Azərbaycan hava məkanını pozanlara qarşı tədbirlər sərtləşəcək, hərbi təyyarələrimiz Qarabağ və işğal altındakı digər torpaqlar da olmaqla ölkənin hava məkanı üzərindəki nəzarəti gücləndirir”.
Bundan sonrasına görə məsuliyyət hava sərhədini pozanların üzərində olacaq. Torpaq işğal altındadır, hava məkanı ki, işğal olunmayıb. Kimsə bizə Qarabağ səmasını nəzarət altına almağa mane ola bilməz! Müxtəlif ölkələrdən alınan hərbi təyyarələrimizin uçuşlarını intensivləşdirməsinə ehtiyac var.
Elxan Şahinoğlu, politoloq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.