Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vyanada görüşəcəklər

5-12-2017, 16:41           

2017-ci il dekabrın 6-da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Vyanaya yola düşəcək. O, 7-8 dekabr tarixlərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatına üzv ölkələrin xarici işlər nazirləri şurasının 24-cü iclasında iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziriyindən yayılan məlumatda bildirilib.

Məlumata görə, ATƏT nazirlər şurası çərçivəsində Nalbandyanın bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Dekabrın 6-da Vyanda Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü olacaq. Həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nlabandyan arasında görüş də nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru