BMT Baş katibi: "Yerusəlim həm İsrailin, həm də Fələstinin paytaxtı olmalıdır"

7-12-2017, 08:48           
BMT Baş katibi: "Yerusəlim həm İsrailin, həm də Fələstinin paytaxtı olmalıdır"
Yerusəlimin status məsələsi yalnız İsrail və Fələstin arasında birbaşa danışıqlar çərçivəsində həll oluna bilər, ikitərəfli münaqişənin nizamlanması isə paytaxtı bu qədim şəhərdə olmaqla iki ayrı dövlətin yaranması ilə başa çatmalıdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə BMT-nin baş katibi Antoniu Quterriş deyib.
"Yerusəlimin yekun statusu məsələsi iki tərəf arasında həm Fələstin, həm də İsrail tərəfinin qanuni istəkləri nəzərə alınmaqla BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələri əsasında birbaşa danışıqlar vasitəsi ilə həll olunmalıdır", - deyə dünya təşkilatının inzibati rəhbəri bildirib.
O, münaqişənin "sülh içində, təhlükəsizlikdə yaşayan" və hər ikisinin də paytaxtı Qüds olan iki dövlətin yaradılması yolu ilə nizamlanması formuluna alternativ olmadığını bildirib.
"B" planı yoxdur", - deyə o əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.