Ermənilər heç vaxt Ermənistana sahib ola bilmədi - Rosbalt

20-12-2017, 22:01           

Ermənilər heç vaxt öz ölkələrinin sahibləri ola bilməyiblər.

Axar.az xəbər verir ki, bu sözlər rusiyalı jurnalist Andrey Nikolayevin “Rosbalt” agentliyində dərc olunan məqaləsində yer alıb.

“Rusiya hərbçiləri Ermənistandan getsə, onu kim müdafiə edəcək? Axı ermənilər ən çox qonşuları olan Azərbaycan və Türkiyədən təşvişə düşürlər. Bu, Rusiyanın əlinə işləyir, Moskvaya öz təsirini Ermənistanla bərabər bütün Cənubi Qafqazda gücləndirməyə imkan verir.

Ədalət naminə razılaşmaq lazımdır ki, rusiyalı hərbçilər Ermənistanda heç də həmişə özlərini nizamlı aparmayıblar. Ermənilər rus hərbçilərinin qanunu pozması ilə bağlı kifayət qədər hal saya bilərlər. Sonuncu skandal (Ermənilərin rus hərbçilər tərəfindən İran sərhədindəki 40 kilometrlik yolun təmirinə buraxılmaması – red.) isə daha çox Ermənistandan antirusiya əhval-ruhiyyəsinin gücləndirilməsinə xidmət edir. Avropa Birliyi ilə imzalanan sənəd Ermənistana heç bir təhlükəsizlik zəmanəti verməməsinə baxmayaraq, bu ölkənin əhalisi artıq özünü az qala Avropanın göbəyində hiss etməyə başlayıb. Rusiya və Qərb faktorunu nəzərə alaraq, daima bu iki siyasi bədheybətə nəzər yetirmələri nəticəsində ermənilər heç vaxt ölkələrinin sahibləri ola bilmədilər. Kimin işğalçı rolunda olmasının nə fərqi var?” – deyə məqalədə bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.