Gürcüstan üçün təhlükə: ermənilərin pozduğu 4 əmr

21-12-2017, 09:46           

Kult.az Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun əməkdaşı Emil İmiroğlunun “Gürcüstanda ermənilərin pozucu fəaliyyəti” yazısını təqdim edir.

Gürcüstanda erməni-gürcü münasibətlərində müəyyən bir gərginlik daim sezilir. Bəzən gürcü alimləri qonşuluq naminə buna göz yumsalar da, fakt-faktlığında qalır. Bu cür problemlər 20-ci əsrin əvvəllərində gürcü-erməni müharibəsinə gətirib çıxarıb. Həmin müharibənin nəticəsində Gürcüstan Lori bölgəsini itirib. Bu gün də həmin problemlər ara-sıra özünü büruzə verir. Belə hallar ya erməni “alimlərinin” iddiaları nəticəsində, ya da Gürcüstanda yaşayan erməni separatçılarının gizlin dəstəyi nəticəsində gündəmə gəlir. Gürcü və erməni xalqlarının arasında gərgin qonşuluq münasibətlərinin uzun tarixi var.

Hələ tarixin erkən çağlarında bu münasibətləri erməni separatçılarının gürcü əlifbasına olan iddiaları gərginləşdirib. Bəzi erməni alimləri vaxtaşırı iddia qaldırırdılar ki, guya gürcü əlifbası erməni mənşəlidir. Vəziyyəti o zaman da, elə indinin özündə də bəzi üzdəniraq erməni tarixçilərinin iştahası da gərginləşdirir. Onlar zaman-zaman guya tarixi faktlara əsaslanaraq Gürcüstan ərazisində yerləşən xristian kilsələrinin böyük əksəriyyətinin qriqaryan ermənilərinə mənsub olduğunu söyləyirlər. Bu qəbildən olan iddialara görkəmli gürcü alimi və ermənişünas Bondo Arveladze ayrı-ayrı məqalələrində tutarlı cavab verir. İki ölkə arasındakı münasibətləri erməni alimləri və Ermənistanda yerləşən ayrı-ayrı partiya və cəmiyyətlərlə yanaşı, ara-sıra, gizlin şəkildə də olsa, Gürcüstanda yerləşən bəzi erməni cəmiyyətləri də gərginləşdirirlər.

Belə cəmiyyətlərin sırasında ilk növbədə Gürcüstanın cənub hissəsində (Samsxe-Cavaxeti) fəaliyyət göstərən “Cavaxka” cəmiyyətini göstərmək olar. Həmin cəmiyyət, sanki gürcülərə və Gürcüstana qarşı pusquda durub. Ələ fürsət düşdükcə, yaşadığı məmləkətə qarşı nankorluq edərək müxtəlif iddialar irəli sürür. Bəzən də açıq-aşkar üzdəniraq erməni alimlərinə dəstək verir. Sözsüz ki, bu da, iki millət arasında olan gərgin vəziyyəti daha da artırır. Hələ 19-cu əsrdə böyük gürcü yazıçısı və mütəfəkkiri İliya Çavçavadze “Daşların fəryadı” əsərində Gürcüstanda məskunlaşmış ermənilərin nankorluğu və gəvəzəliyi barədə yazarkən, gürcü xalqını onlarla münasibətdə çox ehtiyyatlı olmağa çağırırdı. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində yaşayan gürcü şairi Vaja Pşavela bütün yaradıcılığını tolerantlığa və ali bəşəri dəyərlərə həsr etməsinə baxmayaraq, ayrı-ayrı məqalələrində ermənilərin Gürcüstana qarşı torpaq və mədəni irs iddialarında olmalarını dəfələrlə vurğulayırdı.

Erməni-gürcü münasibətlərinin ümumi mənzərəsinə nəzər salanda, ermənilərin əməlləri təəccüb doğurur və adamı dəhşətə gətirir. Gürcülər əsrlər boyu yüz minlərlə erməni qaçqınına sığınacaq, torpaq və yaşayış yeri versə də, onların qədirbilməzliyi bu günə kimi bitmir. Onların gürcülərə qarşı ərazi, mədəni, kilsə, ədəbi və başqa mövzulardakı iddiaları bu günə qədər də bitmək bilmir. Ermənilərin bu yaramazlıqlarına qarşı, dediyimiz kimi, ilk dəfə İlya Çavçavadze (1837-1907) “Daşların harayı” (1899) publisistik, şedevr əsərində səsini ucaltdı. O, adıçəkilən yazısında saxta erməni alimləri Artsrun, Riçov, Atkanov, Ezov, Xudabaşov və başqalarını ifşa etdi. Bu avantüristlər gürcülərin adını qəsdən ləkələmək istəyirdilər. İddialarla çıxış edir (“Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”) və qabaqdangəlmişlik siyasəti yürüdürdülər.

Ermənistanın regiondakı əsassız iddiaları və siyasətləri, yalnız Dağlıq Qarabağda deyil, o cümlədən onlarla həm şərqdən, həm qərbdən, həm şimaldan, həm cənubdan qonşuluq edən və ümumiyyətlə, onlarla qonşuluq etməyən ölkələr üzərində belə öz əksini tapır. Zaman dəyişdikcə, insanların mənəvi prinsipləri də dəyişir. Dövlətlərin iqtisadi, siyasi və diplomatik maraqları dəyişərək daha da güclənir, gücləndikcə də beynəlxalq arenada daha geniş yer tutur. Bunların isə maraqları və qonşularına olan əsassız iddiaları dəyişməz oldu. “Böyük Ermənistan” adlı arzularına nail olmaq məqsədi ilə etiraz belə etmədən dəfələrlə böyük ölkələrin siyasətlərinin istifadə olunmuş kirli səhifələrinə çevrildilər.

Rus çarizminin siyasəti, ermənilərin Güney Qafqazda çoxalmasına səbəb oldu. Bu barədə P.İ.Şavrov “Güney Qafqazda rus işinin yeni təhlükəsi” adlı kitabında yazırdı: “Biz Güney Qafqazda müstəmləkəçilik fəaliyyətimizi oraya rusları köçürməklə deyil, başqa dindən olanları köçürməklə başladıq… 1826-1828-ci illərdə iki il davam etmiş müharibə qurtardıqdan sonra, 1828-1830-cu illərə kimi Güney Qafqaza İrandan 40 mindən yuxarı, Türkiyədən isə 84 min 600 nəfər köçürdük və onları Yelizavetpol (keçmiş Gəncə – A.P.) və İrəvan quberniyalarının erməni əhalisinin çox cüzi olduğu ən yaxşı dövlət torpaqlarında yerləşdirdik”.

Erməni separatçılarının əsrlər boyu yürütdükləri “Hər şey bizimdir” adlı siyasəti qonşu Gürcüstanın ərazi bütövlüyü, din və mədəniyyətinə də təhlükə yaradır. Gürcüstanda yüzlərlə erməni kilsələrinin mövcud olması, gürcü əlifbasının guya Mesrob Maştots tərəfindən yaradılması, tanınmış gürcü yazıçısı Şota Rustavelinin erməni olması kimi iddiaları da buna bir sübutdur. Onların əsassız siyasəti alovlandıqca daha da böyüyüb dəhşətli fəlakətlər törədən bir yanğına bənzəyir.

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan 1996-cı ildə Tiflisdə rəsmi səfərdə olarkən, erməni diasporu ilə görüşündə belə demişdi: “Necə vəziyyətdə olmağımıza baxmayaraq, gəlin səmimi olaq: yer üzündə elə bir dövlət varmı ki, orada 1 milyon erməni yaşasın? İstər Amerika, istərsə də Fransa olsun, orada 400 min erməni yaşayır. İstər Suriya, İraq, Liviya, Argentina, istərsə də Rusiya olsun (indi orada 1,5 milyon erməni yaşayır ), Orta Asiya olsun... Elə bir ölkə varmı ki, orada 200-dən çox erməni məktəbi olsun? (onları Amerika və başqa ölkələrdən fərqli olaraq Gürcüstan büdcəsi maliyyələşdirir) və bir daha təkrar edirəm ki, kilsələri, teatrı, qəzeti (bunları da gürcülər maliyyələşdirir) və deputatları olsun. Belə bir ölkə yoxdur...”

Sabiq prezidentin bu çıxışına və erməni separatçılarının həmin çıxışlara əsaslanaraq yürütdükləri siyasətə nəzər salsaq, belə bir fikrə gəlmək olar ki, bir çox ölkə əslində öz adını daşımır. “Yer üzündə elə bir dövlət varmı ki, orada 1 milyon erməni yaşasın?” - sualına cavab olaraq demək istəyirəm ki, Yer üzündə elə bir dövlət var ki, orada 1 milyon deyil, 30 milyona qədər azərbaycanlı yaşayır. Elə dövlətlər var ki, orada milyonlarla miqrant yaşayır və həmin ölkənin vətəndaşlığını qəbul ediblər. Elə dövlətlər var ki, yüzlərlə əcnəbi məktəbləri var. Erməni separatçılarının fərziyyəsinə əsaslansaq, Almaniyaya Suriya, Amerikaya Afrika, İrana isə Azərbaycan adını verə bilərik. Tarix erməni separatçılarının “Sizin dövlətinizdə bizim millətin sayı milyona çatıbsa, ərazi bütövlüyünüzə hərbi təcavüz etməyə və iddialar irəli sürməyə haqqımız var” iddiası kimi həyasız bir xülya görməyib və çox güman ki, görən də deyil.
Erməni separatçıları öz “mənəvi prinsiplərinin” doğurduğu siyasətin nələrə qadir olduğunu tarixin qaranlıq səhifələrində gizlətməyə çalışsalar da, qonşu dövlətlərə olan əsassız iddialarını gizlədə bilməzlər. Çünki bu iddiaları gizlətmək üçün susmaq və “özgəsinin malına göz dikməmək” prinsipi ilə yaşamağı bacarmaq lazımdır. Təəssüf ki, onlar bunu heç bir zaman bacarmayıblar, bacarmırlar və gələcəkdə də bacarmayacaqlar.

“Özgəsinin malına göz dikməmək” - demişkən, onu da qeyd etmək lazımdır ki, erməni separatçılarının xristian olmalarına baxmayaraq, “Böyük Ermənistan” xülyası ürəklərini elə qəddarlaşdırıb, gözlərini elə kor edib ki, xaçpərəstlərin dini kitablarında öz əksini tapan Musa peyğəmbərə Tur dağında nazil olmuş 10 əmrin bir neçəsinə itaətsizlik edirlər. Halbuki, hər bir xristianın borcu, əmrlərə tabe olmaq, asi olmamaqdır. Bu əmrlərin bir neçəsini misal çəkmək istəyirəm.

Sıra ilə sadalasaq, nazil olan əmrlərin altıncısında deyilir: “Qatillik etmə” (Erməni hərbiçiləri tərəfindən törədilən cinayətlər və amansızcasına öldürülən şəhidlərimiz, Azərbaycan əhalisinə qarşı törədilən soyqırım).

7-ci əmr belədir: “Oğurluq etmə” (Gürcüstandakı kilsələrin əksəriyyətinin ermənilərə məxsus olması, qədim alban kilsələrinin daşlarının üzərinə yazılar vuraraq onları mənimsəmələri).

8-ci əmrdə bildirilir: “Kimsəyə qarşı yalan şahidlik etmə” (Soyqırımın azərbaycanlılar tərəfindən törədildiyinin söylənməsi, regiondakı ərazilərə haqsız iddialar).

9-cu əmrdə isə deyilir: “Heç kəsin evinə tamah salma. Kimsənin arvadına, quluna, qaravaşına, öküzünə, eşşəyinə – onun heç nəyinə tamah salma” (Hərbi təcavüzə məruz qalmış ərazilər, şəhərlər, rayonlar, kəndlər, əsir götürdükləri günahsız insanlar, mənimsədikləri evlər, mal-qara, əkin sahələri və s.).

Bununla bağlı xaçpərəstlərin dini kitablarından çox misallar çəkmək olar. Hər bir insan, onun milliyyətindən, dinindən və ictimai-siyasi durumundan asılı olmayaraq, ilk növbədə öz mədəniyyətini və mənəviyyatını qorumağı və lazımı şəkildə təqdim etməyi bacarmalıdır. Kilsələrin kimə məxsus olub-olmaması uğrunda mübarizə aparmazdan öncə, bu kilsələrin qoyduğu mənəvi prinsiplər və qanunlar uğrunda mübarizə aparmağı bacarmaq lazımdır. Bunu bacarmayan şəxslərin, kilsə və din uğrunda deyil, sadəcə məkrli siyasət uğrunda mübarizə apardıqları məlum olur. Heç bir “mənəvi prinsiplərə” əsaslanmayan, siyasi xülya uğrunda “dininə itaətsizlik, insanlara isə zülm edən” formasında təqdim olunmuş “mədəniyyət və mənəviyyat” nə zülmə məruz qalanlar, nə də ki, müşahidəçilər tərəfindən müsbət qarşılanar. Etdiklərini gizlətmək məqsədi ilə, özlərini erməniçilik idealarına sadiq ideoloqlar kimi təqdim etsələr də, əslində vətənləri Ermənistanı özgələrinin siyasi maraqlarının ayaqları altına xalı kimi sərən və özgəsindən öncə öz millətinin əsas düşməni olan məhz bu erməni separatçılarının özləridirlər. Bu yerdə rus yazıçısı Nikolay Çernişevskinin bir sözü yerinə düşür: “Vətənə xəyanət etmək üçün həddindən artıq alçaq ruh sahibi olmaq lazımdır”. Öz millətini kimlərinsə siyasi maraqları naminə özgələrinin istifadəsinə verən dövlətdən dövlət çıxmaz. Erməni separatçılarını “qonşu” adlandırsaq da, onların başımıza hansı fəlakətləri gətirəcəyi bəlli deyil.

“Böyük Ermənistan” adlı əsassız iddiaları ilə öz ruhlarını məhv edib alçaldaraq, sarsaq düşüncələrində xam xəyalları yaradaraq xəyanət yolu ilə həmin əsassız iddialar nəticəsində, xəstə psixologiyalarına uyğunlaşdırdıqları xəyali “xəritəyə” yalnız Dağlıq Qarabağı deyil, işğal etdikləri Azərbaycanın ətraf rayonlarını və qonşu dövlətlərin də bir çox ərazisini daxil ediblər.

Tanınmış gürcü mütəfəkkiri Geronti Kikoidze 1918-ci il Ermənistan-Gürcüstan müharibəsini təhlil edərkən yazırdı ki, Qurcaani və ya Atotsdan olan erməni tam səmimi qəlblə özünü gürcü vətəndaşı hesab edib, xoş niyyətlə ölkənin ordusuna xidmət göstərə bilər. Amma cəbhəyə, döyüş meydanına yaxınlaşmaq bəs edir ki, min il bundan əvvəl tanıdığı həmvətənini görsün, onların səsini eşitsin və bircə saniyə içində “Andronik” və ya “hayrenikis” adlarını eşidən kimi o dəqiqə ermənilərin tərəfinə keçsin. Elə o səbəbdən də, bu gün heç bir erməniyə etibar etmək olmaz”.

(Ardı var)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.