Hüquq müdafiəçisindən Arif Məmmədova SƏRT SÖZLƏR

17-08-2015, 20:02           
Hüquq müdafiəçisindən Arif Məmmədova SƏRT SÖZLƏR
Bir neçə ay bundan əvvəl sosial şəbəkələrdə yazdığı statusla bağlı gündəmə gələn və haqqında cinayət işi açılan keçmiş səfir Arif Məmmədovun ictimai nüfuzu durmadan düşməkdədir

Belə ki, onun Facebookda paylaşdığı fikirlər onun hansı səviyyəyə malik olduğunu göstərir və haqlı olaraq ictimaiyyətin tənqidinə səbəb olur.

Facebook səhifəsində ağ qərənfil şəkli paylaşaraq, “Uca xalqımın qulluğunda dayanmaq və tiraniyaya qarşı çıxmaq Allaha ən səmimi itaətə bərabərdir” sözlərini yazan sabiq səfirə hüquq müdafiəçisi Əhməd Şahidov da cavab verib.

ADİHİ rəhbəri Əhməd Şahidov yazdığı cavabında keçmiş səfirin nəyə qadir olduğunu bildirərək, onun qaraguruhçuluqla məşğul olduğunu xatırladıb. Hüquq müdafiəçisinin şərhini olduğu kimi təqdim edirik: “Arif bəy, bir az realist olun, utopiyadan uzaq olun. Binadakı yanğınla bağlı yazdığınız statusdan sonra müxtəlif deformsiyalara uğramısız. Gah özünüzü xilaskar kimi təqdim edirsiz, gah da Saakaşvili ilə müqayisə edildiyinizi iddia edirsiz. Sizin səfir statusu ilə keçirdiyiniz görüşləri mən QHT sədri kimi keçirmişəm və bugün də bu fəaliyyəti davam etdirirəm.

Avropa institutlarında da olmuşuq, prezidentlərlə də görüşmüşük, amma özümüzü xilaskar kimi görməmişik heç vaxt. Sizin dünən yazdığınız statusla bugün yazdığınız arasında ciddi ziddiyyətlər var. Təzə-təzə müxalifət düşərgəsində sizə dəstək gəldi deyə haya-küyə düşməyə gərək yoxdur. Yəni, sizi ciddi adam kimi qəbul etmirlər, sadəcə yazdıqlarınız xoşlarına gəlib. Müxalifət barədə bircə tənqidi cümləniz kifayətdir ki, sizi ağ yuyub qara sərsinlər.

Odur ki, bir az istirahət edin, sosial şəbəkələrdən aramla istifadə edin. Sizi başa düşürəm, Facebook qəhrəmanı hesab edirsiz özünüzü, Assanj kimi döyünür ürəyiniz. Amma taktikanız qaraguruhçuluqdan başqa bir şey deyil.” (azvision.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.