Erməni jurnalistdən sensassion məqalə: “PKK-nın mənzil qərərgahı Ermənistanda olacaq”

15-02-2018, 00:09           

“Kürdləri bizim ölkəmizə buraxmaqla Rusiya Ermənistan ərazisini Türkiyə əlehinə meydana çevirmək istəyir. Bu bizə lazımdırmı?”

teref.az-nun məlumatına görə bu barədə erməni jurnalsit Samvel Oqanesyan özünün “Ermənistan ərazisində kürd üsyançılar lazmdırmı?” adlı məqaləsində yazıb.

Jurnalist qeyd edib ki, Türkiyə ordusunun hücümlarından qaçaraq Ermənistan sərhədlərinə yığışan Kürd üsyançılarına bir müddət əvvəl sərhədlərmizi qorumağı etibar etdiyimiz Rus hərbiçiləri “ürək yanğısı” ilə Ermənista keçməyə kömək edirlər. Maraqlı alınır. Onlar bizdən heç soruşmurlar da biz geniş balaq şalvar geyininən bu yoldaşları qəbul edirik, ya yox. Rusiya bizim əvəzimizdən seçim edir, ölkəmizdə kim yaşamalıdır, kim yox.

“Hazırda Rusiya ilə Türkiyə arasında isti münasibətlər var. Ancaq Rusiya gələcəkdə özünü sığortalamaq üçün Ermənistan ərazisində PKK terrorçularının mənzil qərərgahını yaratmaqla, Türkiyəyə təsir imkanlarını saxlamaq istəyir”-Deyə jurnalist vurğulayıb. /News12












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru