Poroşenko Putinlə telefon danışığının detallarını AÇIQLADI
15-02-2018, 17:38
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinlə fevralın 12-də baş tutan telefon danışığı barədə danışıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Poroşenko telefon danışığının birinci hissəsinin Donetsk və Luqansk ərazilərinə sülhməramlıların yerləşdirilməsinə sərf edildiyin bildirib.
“Sülhməramlılar bizə çox lazımdır. Onlar işğal altındakı ərazilərdə fəaliyyət göstərməli və qanunsuz silahlı birləşmə üzvlərini tərkisilah etməlidir”.
Danışıqların ikinci hissəsinə gəlincə, Poroşenko Putinlə əsirlərin dəyişdirilməsini müzakirə etdiyini bildirib.
Poroeşnko Putinlə 2 saatlıq danışıqlarında razılığa gəlib-gəlməmələri ilə bağlı konkret açıqlama verməyib.