Daha bir partiya seçkidə iştirakdan imtina etdi

18-02-2018, 00:16           

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbədənkənar sessiyası keçirilib.

teref.az cebhe.info-ya istinadən xəbər verir ki, sessiyada aprel ayının 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri müzakirə edilib.

İclasda partiyanın seçkilərə qatılmaması barədə qərar verilib. Qərar partiya sədri Mirmahmud Mirəlioğlu tərəfindən elan edilib.

Qeyd edək ki, bundan əvvəl KXCP seçkilərə Mirmahmud Mirəlioğlunun namizədliyi ilə gedəcəyini açıqlamışdı. Lakin seçkilərin vaxtının dəyişdirilməsindən sonra partiya boykota gedəcəyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru