ABŞ da seçkiyə müdaxilə edib, demokratiya naminə...

18-02-2018, 10:39           

ABŞ da digər ölkələrdə keçirilən prezident seçkilərinə müdaxilə edib.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı aparılan istintaq haqqında danışan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru Ceyms Vulsey deyib. O bildirib ki, bu müdaxilələr demokratiyanın xeyri üçün olub:

“Bunlar kommunistlərin iqtidara gəlməsinə mane olmaq və sistemin xeyri üçün idi. Məqsəd yalnız yaxşılıq etmək idi”.

Qeyd edək ki, Rusiyanın London səfirliyi sosial mediada həmin xəbəri paylaşaraq, Bill Klintonun prezidentliyi dövründə idarənin direktoru olan Vulseyin hər şeyi danışdığını qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru