İranın yeni planı: Tehrandan-Tartusa qədər...

19-02-2018, 09:47           

İranla nüvə razılaşmasını ləğv etmək lazımdır.

Axar.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı İsrail Baş naziri Beynamin Netanyahu söyləyib.

“İran aqressivdir və öz nüvə proqramını inkişaf etdirir. İran uranın zənginləşdirilməsi texnologiyaları əldə edə bilər. Bunu dayandırmaq lazımdır. Əgər bunu razılaşma vasitəsilə etmək mümkün olsa, çox yaxşıdır, amma mümkün deyilsə, o zaman razılaşmanı ləğv edin. İrana qarşı ən sərt sanksiyaları irəli sürmək lazımdır.

Biz bundan sonra da Suriyada İran bazalarının yaranmasına imkan verməyəcəyik. Onların məqsədi aydındır. İran Tehranla Tartusu birləşdirib, vahid dövlət yaratmaq istəyir. Mən bunu çoxdan bilirəm. İsrail bu planın qarşısını alacaq. Biz qırmızı xətlər müəyyənləşdirmişik, amma İran daima bunu keçməyə cəhd edir”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru