İran XİN: ABŞ-ın mövqeyi nüvə sövdələşməsini etibarsız etmir

19-02-2018, 10:04           
İran XİN: ABŞ-ın mövqeyi nüvə sövdələşməsini etibarsız etmir
ABŞ-ın birtərəfli qaydada İranın nüvə proqramı üzrə Birgə Kompleks Əməliyyat Planından (BKƏP) çıxmaq istəyi müqavilənin özünü etibarsız etmir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Zərif NBC telekanalına müsahibəsində deyib.

"Donald Tramp prezidentliyinin ilk günündən bu sazişi yerinə yetirməkdən boyun qaçırmağa və hər bir vəchlə İranın bu sazişdən bəhrələnməsinin qarşısını almağa çalışır. Ona görə biz hesab edirik ki, ABŞ [BKƏP-in müddəalarını] artıq pozub", - deyə Zərif əlavə edib.

Bununla yanaşı o qeyd edib ki, BKƏP-ni etibarsız saymaq olmaz:

"Xeyir, ABŞ sövdələşməni pozur, lakin bu o demək deyil ki, o, etibarsızdır. Beynəlxalq ictimaiyyətin qalan hissəsi, ABŞ-ın hərəkətlərinə baxmayaraq, müqavilə çərçivəsində öhdəliklərini yerinə yetirməyə çalışır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.