Poroşenko: “Ukrayna Rusiyaya qarşı iddialar hazırlamalıdır”

21-02-2018, 08:17           

Ukrayna prezidenti Pyotr Poroşenko dəymiş ziyanın ödənilməsi üçün Rusiyaya qarşı iddiaların hazırlanmasının vacibliyini qeyd edib.



APA-nın “İnterfaks-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, P.Poroşenko konkret olaraq ziyanın mahiyyətini açıqlamayıb.



“Biz Rusiya Federasiyasına qarşı iddiaları hazırlamaq üçün hər-hansı fürsəti əldən verməməliyik”, - deyə P.Poroşenko bildirib.



Onun sözlərinə görə, burada söhbət tək siyasi məsələlərdən deyil, dəymiş ziyanın birbaşa ödənilməsindən gedir.



“Mən əminəm ki, hüquqi mövqe həm dövlət maraqları baxımından, həm də kompensasiya baxımından ümumiləşdirilməlidir”, - deyə P.Poroşenko əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru