ABŞ İrəvanın əl-qolunu bağlayır: - Bakı üçün mühüm şans

22-02-2018, 12:01           
ABŞ İrəvanın əl-qolunu bağlayır: - Bakı üçün mühüm şans
Amerika gec də olsa, başa düşdü ki, Ermənistana yardım etməklə dolayısı ilə işğalçı ölkədəki rus hərbi bazalarına yardım etmiş olur.

Bu sözləri Axar.az-a açıqlamasında “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, son zamanlar Vaşinqtonun İrəvana təzyiqləri artırması diqqətdən yayınmır:

“Bildiyiniz kimi, Ermənistandakı rus hərbi bazalarını Ermənistan hökuməti maliyyələşdirir. Amerika gec də olsa, başa düşdü ki, Ermənistana maliyyə yardım etməklə dolayısı ilə işğalçı ölkədəki rus hərbi bazalarına yardım etmiş olur. Məhz buna görə də Amerika Ermənistana maliyyə yardımın azaldılması ilə bağlı qərar verib”.

Politoloq qeyd edib ki, ABŞ-ın Rusiya hərbi kompleksinə qarşı tətbiq etdiyi yeni sanksiyalar İrəvandan yan ötməyəcək:

“Aprel döyüşlərindən sonra işğalçı ölkə sürətli silahlanmaya ümid etmişdi. Bunun bir qismi isə Rusiyadan alınan 200 milyonluq kredit çərçivəsində həyata keçirilirdi. Ancaq indi ABŞ-ın Rusiya hərbi kompleksinə tətbiq etdiyi sanksiyalar birbaşa Ermənistanın hərbi potensialına da təsir edəcək. Üstəlik, Ermənistanın KTMT-dən irəli gələn öhdəlikləri var. Bu öhdəliklər çərçivəsində Ermənistanın başqa ölkələrdən silah alışına mıhdudiyyətlər qoyulub. Belə olan halda manevr imkanları heçə enən Ermənistan pis vəziyyətdə qalacaq. Bu isə Qarabağ məsələsində Azərbaycana yeni şanslar qazandıra bilər. İrəvanın hazırkı narahatlığı da məhz bununla bağlıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.