Lənkəranskiylə “Ded Xasan”ın qatilləri eyni adamlardır? - Generalın şəxsi qeydlərindən...
22-02-2018, 12:28
Tanınmış avtoritet Rövşən Lənkəranski ilə bağlı yazılarımız oxucuların marağına səbəb olduğundan biz də silsilə yazılarımıza davam edirik. Yazının əvvəlki hissələrini oxumaq istəyənlər bu linklərə daxil olmaqla tanış ola bilərlər:
(http://www.moderator.az/news/212909.html .
http://www.moderator.az/news/213101.html
http://www.moderator.az/news/213553.html
http://www.moderator.az/news/213648.html
http://www.moderator.az/news/213801.html
http://www.moderator.az/news/213970.html).
Moderator.az bu dəfə sizə Rövşən Lənkəranski ilə yezidi kürd olan avtoritet “Ded Xasan”ın qatilləri haqda Rusiya generalının şəxsi qeydləri olan materialları təqdim edəcək. Ded Xasanın ölümündə Rövşən Lənkəranski günahlandırılsa da, əslində bu versiyaların yalan olduğu deyilir. Rusiya Federasiyası Generalı A.Kolesnikov şəxsi qeydlərində yazır:
“Rusiya mətbuatı heç bir fakt və sənədə söykənməyən “Ded Xasan”a sui-qəsdin təşkilində Rövşən Lənkəranskinin adını tez-tez hallandırır. “Novaya qazeta”nın yazdığına görə ölüm qərarı 2009-cu ilin əvvəlində verilib. Qəzet kriminal aləmdə dolaşan söhbətlərə görə qətli “Merab” ləqəbli Merab Cenqveladze, “Cemo” ləqəbli Cemo Mikeladze və Rövşəm Lənkranskinin sifariş verdiyi versiyasından yazır: “Hətta təfərrüat da müzakirə edilir. Cemo təşkilatı məsələlərlə məşğul olub. Merav sifarişi maliyyələşdirib. Rövşən Lənkəranski isə Azərbaycandan killer briqadası dəvət edib. Bu mənbələr əmin edir ki, hadisədən bir neçə saat sonra killerləri həbs etməyə hazırlaşıblar. Ancaq əməliyyat qrupunu rəhbərlik məlum olmayan səbəblərdən bazaya qaytarıb”.
Qəzetin yazdığına görə, hadisədən 2 gün əvvəl “Ded”in ofisinə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları gələrək sui-qəsdin olacağı barədə xəbər veriblər. Usoyan isə cavabında: “Əgər sifariş varsa, bütün hallarda öldürəcəklər”-deyərək bu informasiyaya görə pul verməyib.
Milliyətcə yezidi kürd olan Ded Xasan 2013-cü il yanvarın 16-da Moskvanın Povarski küçəsində yerləşən “Köhnə fayton” restoranından çıxarkən killer tərəfindən vurulub. Ded Xasanın öldürülməsindən sonra xüsusilə onun yaxın qohumları olan yezidi kürdlər klanın əvvəlki nüfuzunu qorumağa çalışsalar da, buna nail ola bilmədilər. Bunun əsas səbəbi isə Ded Xasanın öldürülməsindən sonra cinayətkar aləmin kralı postuna 1 nömrəli namizəd hesab olunan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun həbsdə olması idi.
Bəzi mətbuat səhifələri sanki “Qurdlar vadisi”nin yeni versiyalarının senarisini yazırlar. Talelərlə oynamaq lazım deyil. Ded Xasan və Rövşən Lənkəranskinin qatilləri eyni adamlardır, eyni masanın arxasında əyləşənlərdir.
Yazının davamı var...
Vasif Əlihüseyn
Mənbə: Rövşən Novruzoğlunun “Kriminal dünyanın tacı” kitabı.