MSK prezident seçkilərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lərin adlarını açıqlayıb - SİYAHI

22-02-2018, 21:36           
MSK prezident seçkilərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lərin adlarını açıqlayıb - SİYAHI
Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkilərində seçkiqabağı təşviqat aparmaq məqsədilə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq kütləvi informasiya vasitələrinin adlarını açıqlayıb.

MSK-dan "Report"a verilən məlumata görə, namizədlər İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, ”Xalq qəzeti”, və “Bakinski raboçi” qəzetlərində ödənişsiz seçkiqabağı təşviqat apara bilərlər.

Qeyd olunub ki, adıçəkilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları prezident seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru