“Bermud üçbucağına” çevrilən Minsk Qrupu: 30 illik Qarabağ münaqişəsi nə üçün həll olunmur? – Tomas de Vaaldan

22-02-2018, 22:52           

Karnegi Fondunun baş elmi işçisi Tomas de Vaalın Qarabağ münaqişəsinin 30 illiyi ilə bağlı məqalə yazıb.

teref.az yazını oxucularına təqdim edir:

Moskva Qarabağ münaqişəsində heç vaxt ipləri əlində saxlamayıb, lakin o ən təsirli kənar aktor olaraq qalmaqdadır. Qarabağ sülh prosesi onun yerli və beynəlxalq əsas aktorları öz strateji prioritetləri barədə yenidən düşünmədiyi müddətcə Rusiya, Birləşmiş Ştatlar və Fransa üçün “Proyekt Minimum” olaraq qalacaq.

Fevral 2018-ci il Sovet qafqazlarının uzaq küncündəki Dağlıq Qarabağ Muxtar vilayətində baş verən böhranın 30-cu ildönümüdür. Həmin vaxt bu günə qədər davam edən münaqişə sürətləndi.

Qarabağ münaqişəsi artıq Ermənistan və Azərbaycan arasında yaşanan beynəlxalq qarşıdurmadır. Bu münaqişədə cəbhə xətti kimi bilinən xəndəklərlə çevrələnmiş xətt üzrə iki yaxşı silahlanmış ordu üzbəüz dayanıb. O, bir ölkənin daxilindəki kiçik bölgənin statusu haqqında anlaşmazlıqdan, dünya paytaxtlarında və sosial mediada aparılan iki müstəqil dövlət arasındakı qarşıdurmaya çevrildi. Bu döyüş Ankarada, Brüsseldə, Tehranda və Vaşinqtonda aparılır.

30 il ərzində dəyişməyən iki şey var. Birincisi əsas problem hələ də Dağlıq Qarabağın dağlıq ərazisinin mübahisəli statusudur. Dağlıq Qarabağdakı Erməni dominantlığındakı Dağlıq Qarabağ Regional Sovetin 1988-ci il fevralın 20-də bənzəri görülməmiş qərarı verməsinə səbəb oldu. Bu səsvermə Qarabağ azərbaycanlıları tərəfindən boykot edildi. Qərar – Sovet respublikaları arasında çoxlu sərhəd problemləri haqqında ilk idi – eyni əraziyə iddia edən ermənilər və azərbaycanlılar arasında qarşıdurmaya gətirib çıxardı. Elə bir qarşıdurma ki, bir çox parlaq zəkalar və böyük güclər vasitəçilik edib uzlaşma nöqtəsi tapmaqda uğursuz oldular.

İkincisi də 1988-ci il 20 fevral qətnaməsinin mətnində və onun mərkəzə göndərdiyi müraciətindədir. Bu, Qarabağ münaqişəsində Moskvanın oynadığı spesifik roldur. 30 ildir ki, o, hər iki tərəfin etibar etmədiyi, lakin eyni zamanda qaçınılmaz olan bir həvəssiz arbitr və nəhəng qonşu mövqeyindədir.

Bu elə bir münaqişədir ki, 1988-ci ildə Moskva tərəfindən əvvəlcədən proqnozlaşdırılmamışdı. Elə Mixail Qorbaçov da onun öhdəsindən gələ bilmədi. Siyasi Büronun fevralın 28-də Sumqayıtda baş verən qətllər haqda mətnlərini oxumaq və Mərkəzin Azərbaycan şəhərindəki zorakılığa gec reaksiya verməsi əzablıdır. (Siyasi Büro müzakirələri həm də Sumqayıt qətllərinin Moskvanı ayağa qaldırmadığını xatırladır. Lakin konspirasiya həvəskarları hələ də bunu iddia edirlər. Bu hadisələr azərbaycanlılara qarşı erməni qətliamları iddiaları haqda “saxta xəbərlər” dediyimiz şeylər, qəzəbli kütlə və qorxaq bir yerli rəhbərliyin kombinasiyasından dolayı baş verdi və Kremldəki qərarsızlıqdan dolayı daha da pisləşdi).

Bu vaxta qədər əksər erməni və azərbaycanlılar Qarabağ münaqişəsinin ipinin Rusiya tərəfindən çəkildiyinə inanır. Bu, keçmiş müstəmləkə iqtidarının hələ də güclü olduğu iki kiçik dövlətdə bağışlana bilən illuziyadır. Hətta deyərdim ki, post-Sovet periferiya ölkələrindəki bütün münaqişələri tənbəlcəsinə bir yerə toplayıb və bunu edərkən onların arasındakı əhəmiyyətli fərqləri gözdən qaçıran qərbli şərhçilərin yol verdiyindən də xırda səhvdir.

Qarabağ münaqişəsinin spesifik xüsusiyyəti Moskvanın onu aşkar şəkildə manipulyasiya etməsi, lakin bunu hər zaman zəif mövqedən etməsidir. Müxtəlif ruslar 1991-1994-cü illər münaqişəsində hər iki tərəfə arxa durdu. Moskvadakı fərqli-fərqli qruplar hələ də Ermənistan və Azərbaycan maraqları üçün lobbiçilik edir.

Lakin 30 il boyunca Qarabağı 20 xarici siyasət məsələsindən biri olmaqdan daha çox bir nömrəli prioriteti kimi qəbul edən ermənilər və azərbaycanlılar özləri bu münaqişənin formasını müəyyənləşdiriblər. Nə vaxt Rusiyanın müdaxiləsini rədd etmək onlara uyğun olubsa, bunu ediblər, necə ki, hər iki tərəf 1994-cü ildə etdilər. O vaxt tərəflər Rusiyanın cəbhə xətti boyunca sülhməramlı qüvvələr yerləşdirmə planını birlikdə rədd etdilər. Halbuki bundan qısa müddət öncə Rusiyanın vasitəçiliyi ilə atəşkəs imzalanmışdı.

Vladimir Putin rəhbərliyə gəldikdən sonra Rusiyanın münaqişə ilə bağlı siyasəti daha konservativ olmağa başladı. Prezident kimi Putinin ilk addımlarından biri pozulmuş Azərbayca-Rusiya münasibətlərini təmir etmək oldu. Bu əlaqələr Boris Yeltsinin dövründə zəifləmişdi. O vaxtdan bəri, o, həmişə Bakı və İrəvanla olan əlaqələrə dəyər verdiyini, Qarabağ münaqişəsinin sahibliyini götürməkdən boyun qaçırdığını göstərib.

“Biz özümüz məsuliyyət götürə və uzun illər davam etmə potensialı olan bu münaqişəyə girə bilmərik”, – deyə 2004-cü ildə Putin bildirib. O, 2010-cu ildə isə “biz tərəfləri qərar qəbul etməyə məcbur və təzyiq edə bilmərik” ifadələrini səsləndirib.

Əslində Rusiyanın mövqeyi belədir: Biz Qarabağ münaqişəsini həll edilmiş görmək istəyirik, xüsusilə əgər o regionda Rusiyanın təsirini saxlayacaq və artıracaqsa. Lakin biz Bakı və İrəvanla əlaqələrimizə xələl gətirəcək həll yoluna çalışmayacayıq.

Bu mövqe Moskvanın hər iki tərəfə vədlər verməyə və onlara silah satmaqla milyonlar qazanmağa davam edə biləcəyi mənasına gəlir. Bu silahları isə tərəflər bir-birinə qarşı istiqamətləndirir. Bu, o deməkdir ki, Rusiya İlham Əliyev və Serj Sarkisyanın rəhbərlik etdiyi yuxarıdan aşağı, yavaş hərəkətli bir müzakirə prosesi ilə razılaşır.

Bu səbəbdən dolayı Qarabağ münaqişəsinin beynəlxalq kontekstində Moskvanın mövqeyi onun Abxaziya, Osetiya və ya Ukrayna məsələlərilə bağlı mövqeyindən ciddi şəkildə fərqlənir. Moskva aşkar olaraq ATƏT-in Minsk Qrupunun həmsədri kimi aparıcı rolunu saxlamaq istəyir, lakin o həm də bu məsuliyyətin yükünü qərb gücləri bölüşməyə çalışır.

İstənilən halda bir problem var. Konservativ yanaşma hər iki tərəfin müharibəyə geri dönmək istəmədiyi bir yerdə tüstüləyən münaqişəni idarə edə bilər. Lakin düşmənlərdən biri digəri ilə vuruşmaq istədikdə bu metod işləmir. 2016-cı ilin aprelində atəşkəs pozulanda və ermənilərlə azərbaycanlılar dörd günlükdə olsa müharibəyə qayıdanda Moskva özünü çətin bir mövqedə tapdı. Bu mövqedə hər iki tərəf onu ittiham edirdi. Azərbaycan tərəfi Rusiyanın atəşkəsi bərpa etməyə çalışmasına görə qəzəbli idi. Ermənistan tərəfi isə Rusiyanı özünün İrəvanla olan müttəfiqliyinə sadiq qalmamaqda və onu müdafiə etməməkdə ittiham edirdi.

Dörd günlük 2016-cı il müharibəsindən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-lı həmkarı Con Kerrinin yardımı ilə 2016-cı ildəki diplomatik səylərini iki dəfə artırdı. Lavrov müəyyən mənada Putindən fərqli baxışa sahib idi. O, regionda kommunikasiya xətlərinin bərpası ilə başlayan mərhələli həllin Qarabağdakı situasiyanı daha təhlükəsiz edə biləcəyinə və eyni zamanda Rusiyanın maraqlarını qoruyacağına inanır.

Rusiyanın strategiyası – konflikti idarə et, Bakı və İrəvanla yaxşı əlaqələri saxla, atəşkəsin saxlanmasına çalış – münaqişənin beynəlxalq olaraq həllolunmaz kimi qəbul edilməsinə səbəb olur. Bunu “Proyekt Minimum” kimi təsvir edə bilərik.

Fransa və Birləşmiş Ştatlar, Minsk Qrupunun digər iki həmsədri erməni və azərbaycanlı liderləri razılaşmaya gətirməyə imkan görən kimi yüksək səviyyəli müdaxilələr etdilər. Vaşinqton bəzən daha aktiv rol oynamağa can atır.

Lakin Moskva kimi Vaşinqton və Paris də o qədər də çox insanın ölmədiyi, televiziyaların göstərmədiyi və ən əsası münaqişə tərəflərinin həll üçün çox az əzm göstərdiyi bir problemdə məsuliyyət götürməyə həvəsli deyil.Ermənistan və Azərbaycan və həm də Dağlıq Qarabağ liderləri ortaq həllin əldə edilməsi üçün birgə işləməyə hazır olduqlarına dair daha parlaq siqnallar vermədikləri müddətcə, əksər diplomatlar hazırkı şəraitə riayət etməyi seçəcək.Bu baxımdan Minsk prosesi Bakı, İrəvan və Moskva arasında Bermud üçbucağına dönüb. Hansı ki, bu çoxbucaqlıda yaxşı niyyətlər, ideyalar, və parlaq fikirli diplomatlar qeybə çəkilir.

Bütün münaqişələr əvvəl-axır başa çatır. 4-cü onilliyinə daxil olan Qarabağ münaqişəsinin də bitəcəyinə ümid var. Əgər aktorlar bu məsələdəki strateji prioritetləri üzərində yenidən düşünsələr bu mümkündür. Digər hallarda daha yaxşı nəticənin əldə olunması üçün daha çox qurban vermək lazım olacaq.

Ordu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.