ABŞ əsgərləri rus qışına hazırlığa başladı - Savaş məşqi

23-02-2018, 08:14           

ABŞ-ın dəniz piyadaları fövqəladə hava şəraitində Rusiya və Şimali Koreya ilə hipotetik bir qarşıdurmaya hazırlıq aparmağa başlayıb.

Axar.az xəbər verir ki, son bir ildə dəniz piyadalarından təxminən 600 nəfər Norveçdə xüsusi təlimdən keçib. Təlimdə əsgərlərə xırdalıqları öyrətmək üçün bütün vasitələrdən istifadə edilib. Onlara soyuq hava şəraitində döyüşmək bacarığı, qidalanmaq, suyun donmaması üçün isidilməsi və s. kimi təlim işləri öyrədilib.

Qeyd edək ki, 70 il öncə Koreya müharibəsi zamanı ağır hava şəraitində savaşmaq məcburiyyətində qalan təxminən 7 min əsgər havaya uyğunlaşa bilmədiyi üçün ölmüşdü. ABŞ-ın hərbi rəsmiləri isə sözügedən halın təkrarlanmaması üçün belə təlimlər keçirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru