"Nezavisimaya qazeta": "Xocalı soyqırımına qarşı etinasızlıq qəbuledilməzdir"

26-02-2018, 08:21           
"Nezavisimaya qazeta": "Xocalı soyqırımına qarşı etinasızlıq qəbuledilməzdir"
Rusiyanın məşhur mətbu orqanı "Nezavisimaya qazeta"da Xocalı soyqırımının 26-cı ildönünümü ilə əlaqədar məqalə dərc olunub.

"Report" xəbər verir ki, "Xocalı faciəsinə qarşı etinasızlıq qəbuledilməz" başlıqlı məqalədə soyqırımın aktlarına sükutla yanaşılmasının planetin başqa yerlərində də belə dəhşətli hadisələrin təkrarlanmasına gətirib çıxara biləcəyi vurğulanır.

"Azərbaycan bu gün – güclü və müstəqil dövlətdir, hansı ki, nüfuzundan yalnız öz regionunda deyil, həm də dünya səhnəsində istifadə edir. Azərbaycan Respublikası belə beynəlxalq təşkilatların üzvüdür. Ölkə BMT, Avropa Şurası, ATƏT, İKT-nin üzvü kimi müsbət siyasi imic formalaşdırılıb və onun iqtisadiyyatı sürətli tempə artır. Azərbaycan başqa dövlətlərlə qarşılıqlı, faydalı əməkdaşlıq əlaqələri qurmağa çalışır", - deyə yazıda qeyd edilir.

Müəllif Ermənistanın mövqeyi və böyük ölkələrin ikili standartları uzun illər boyunca Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını yubadır.

Müəllif xatırladır ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri öz himayədarlarının köməyi ilı Xocalı şəhərinə hücum edib. Hücum nəticəsində dinc, silahsız əhali kütləvi şəkildə məhv edilib. Qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər silahlı quldurların təcavüzünə məruz qaldı və xüsusi amansızlıqla öldürülüb. Xocalının daha 150 sakini itkin düşüb, 1275 nəfər girov götürülüb və işgəncələrə məruz qalıblar.

Qeyd edilir ki, Xocalı şəhərində dinc əhaliyə - etnik azərbaycanlılara qarşı hərəkətlər beynəlxalq hüquqi sənədlərə əsasən, soyqırım kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir.

Məqalədə həmçinin bir sıra ölkələrin Xocalı faciəsinin genosid kimi tanımaları qeyd edilir.

Həmçinin bildirilir ki, Xocalı sakinlərinə divan tutma haqqında əmr Ermənistanın indiki prezidenti, 1992-ci ildə Dağlıq Qarabağda erməni silahlı formalaşmalarının qərargahının rəisi olmuş Serj Sarkisyan tərəfindən verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.