Leyla Yunus Xocalı soyqırımını və qaçqınları xatırlatdıqda güldü - VİDEO
26-02-2018, 19:41
Sülh və Demokratiya İnstitutunun keçmiş rəhbəri Leyla Yunus və hüquq müdafiəçisi Emin Hüseynovun iştirakı ilə ATƏT-də Azərbaycan ictimaiyyətinin qınağına səbəb olan anlar yaşanıb.
"1news.az" xəbər verir ki, tədbirdə ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında Milli Məclisin deputatları Elşad Həsənov, Kamran Nəbizadə, Tahir Mirkişili iştirak ediblər.
Azərbaycanlı millət vəkilləri Leyla Yunusdan Xocalı soyqırımı qurbanları barədə məsələyə nə üçün toxunmadıqlarını soruşanda o gülməyə başlayıb.
"Xocalı haqqında bir şey söyləməmisiniz. Bir milyon Azərbaycan vətəndaşı erməni işğalından əziyyət çəkir, azərbaycanlılar isə bu barədə bir söz deməyiblər. Siz gülürsünüz. Ən azı vicdanınız olsun. Özünüzdən utanın, çünki özünüzü demokratlar adlandırırsız. Ən azı azərbaycanlısınız " - ifadələri qarşısında Leyla Yunus gülməyə başlayıb və kinayəli şəkildə əl çalıb. [media=https://www.youtube.com/watch?time_continue=1&v=FzyUnrJVzZE]