Milyarderin ledisi Tovuzdan deputat olmaq istəyir

26-02-2018, 19:50           

Putinin dostu professor İlham Rəhimov keçmiş xanımı, işgüzar xanım, müğənni Ruhi millət vəkili olmaq arzusundadır.

teref.az Realmedia.az -a istinadən xəbər verir ki, Ruhi qarşıdan gələn parlament seçkilərinə qatılacaq və Tovuz rayonunu təmsil edən xanım deputat Qənirə Paşayeva ilə rəqib olacaq.

Müğənninin iki oğlunun atası olan Rəhimovun onu arzusuna qovuşdurmaq üçün bütün imkan və əlaqələrini işə salacağı şübhəsizdir.

Məlumata görə, professor apreldə keçiriləcək prezident seçkilərindən sonra bu niyyətlərini gerçəkləşdirmək üçün hakimiyyətin yuxarı eşelonunda qərar tutan dostları ilə də müəyyən müzakirələr aparacaq.

Onun Ruhini həm də xeyriyyəçi kimi cəmiyyətə təqdim etmək üçün, Tovuzda müxtəlif xeyirxah işlər gerçəkləşləşdirəcəyi də gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru