Rusiya İŞİD-lə mübarizə üzrə ABŞ Dövlət Departamentinin konfransında iştirak etməyəcək

27-02-2018, 08:47           

Rusiya İŞİD terror qruplaşması ilə mübarizə üzrə ABŞ Dövlət Departamentinin konfransında iştirak etməyəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin nümayəndəsi bəyan edib.

"Rusiya nümayəndələri konqresdə iştirak etməyəcək. Rusiya İŞİD-ə qarşı koalisiyanın üzvü deyil", deyə o əlavə edib.

Fevralın 27-28-də ABŞ Dövlət Departamenti İnterpol ilə birgə IŞİD-lə mübarizə üzrə konfrans keçirəcək. Məlumata görə, konfransda 90 ölkə və qurumun nümayəndələri iştirak edəcək. Dövlət Departamentinin rəsmisi tədbirdə hansı ölkələrin iştirak etdiyini açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru