Berlində Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib (FOTO)

27-02-2018, 09:21           

Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi, Berlin “Azərbaycan Evi” və “Leqat” İnteqrasiya Mərkəzinin təşkilatı dəstəyi ilə Berlindəki Ermənistan səfirliyi qarşısında Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş etiraz aksiyası keçirilib.

Trend-in məlumatına görə, etiraz aksiyasında Almaniya və Avropanın müxtəlif məkanlarından gəlmiş 100-ə yaxın soydaşımız fəal iştirak edib.

Çıxışçılar Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətini pisləyərək, alman və Avropa ictimaiyyətini buna göz yummamağa və işğal siyasətinə son qoymağa çağırıblar. Aksiyada iştirak edən soydaşlarımızın yekdil fikrinə əsasən, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmədiyi müddət ərzində kütləvi etiraz aksiyaları hər il daha böyük fəallıqla davam etdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru