“Yaşayış minimumu haqqında” qanunda dəyişikliklər ediləcək

27-02-2018, 17:59           
“Yaşayış minimumu haqqında” qanunda dəyişikliklər ediləcək
Milli Məclisin növbəti iclası martın 6-da keçiriləcək. Artıq iclasın gündəliyi də məlumdur. Gündəliyə 24 məsələ daxil edilib. Gündəlikdə Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında, “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında Konstitusiya qanununda dəyişiklik edilməsi, Seçki Məcəlləsində dəyişiklik edilməsi, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunda dəyişikliklər edilməsi, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi, “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi, “Yaşayış minimumu haqqında” qanunda dəyişikliklər edilməsi, “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi, “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri var.

Bundan əlavə, “Yaşıllıqların mühafizəsi haqqında”, “Sosial sığorta haqqında” qanunda, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunda, “Milli Məclis deputatının statusu haqqında” qanunda, “Sosial müavinətlər haqqında”, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunda, “Dövlət rüsumu haqqında” qanunda, Ticarət Gəmiçiliyi, Şəhərsalma və Tikinti, Cinayət, İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi təklif edilir. “Ələt azad iqtisadi zonası haqqında” və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihələri də iclasın gündəliyində yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru