Fikrət Məmmədov yenidən Məhkəmə Hüquq Şurasının sədri seçilib

28-02-2018, 10:42           
Fikrət Məmmədov yenidən Məhkəmə Hüquq Şurasının sədri seçilib
Məhkəmə Hüquq Şurasının iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda bir sıra məsələlər müzakirə olunub, həmçinin təşkilati məsələlərə baxılıb.

İclasda Ali Məhkəmənin sədri, şura üzvü Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar dövlət başçısı tərəfindən yenidən həmin vəzifəyə təyinatının məhkəmə hakimiyyətinə yüksək etimadın təzahürü olduğu vurğulanıb.

Şuranın yeni üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev təqdim olunub, ədliyyə naziri Fikrət Məmmədov yenidən Şuranın sədri seçilib.

Xatırladaq ki, F.Məmmədov 2005-ci ilin fevral ayından Məhkəmə Hüquq Şurasının sədridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru