"Exxon Mobil” Rusiya ilə birgə layihələrdən imtina edib

1-03-2018, 08:32           

ABŞ-ın “Exxon Mobil” şirkəti neft yataqlarının axtarışına dair “Rosneft” şirkəti ilə bir sıra birgə layihələrdən imtina edib.



APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.



Buna səbəb kimi rəsmi Vaşinqton tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar göstərilir.



Ehtimala görə, “Exxon Mobil” birgə layihələrdən çıxmaqla təxminən 200 milyon dollar itirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru