Trampın 30-dan çox köməkçisi məxfi məlumatlara girişdən məhrum olub

1-03-2018, 08:53           
Trampın 30-dan çox köməkçisi məxfi məlumatlara girişdən məhrum olub
ABŞ prezidenti Donald Tramp administrasiyasının 30-dan çox üzvü məxfi məlumatlara girişdən məhrum olub.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, bütün məmurlara bu barədə məlumat verilib. Lakin onlardan heç biri həmin addımla əlaqədar öz vəzifəsini tərk etmək arzusunu bildirməyib.

Agentliyin məlumatına görə, məmurların məxfi məlumatlara girişdən məhrum edilməsi Ağ Ev Aparatının rəhbəri Con Kellinin yeni tərtib etdiyi qaydalarla əlaqədardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru