Jirinovski jurnalisti təhqir etdi - “Rədd ol” - Video

2-03-2018, 09:12           
Jirinovski jurnalisti təhqir etdi - “Rədd ol” - Video
Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski ona prezidentliyə namizəd Kseniya Sobçakla bağlı sual verən “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikovu təhqir edib.

Teleqraf.com xəbər verir ki, jurnalist Jirinovskiyə teledebatdakı gərginliyin səbəbini öyrənmək üçün sual verib. Sual partiya sədrini özündən çıxarıb.

“Sən təxribatçısan, ay jurnalist, sənə maraqlı məlumat lazımdır...Xoşuna gəlmir- dur rədd ol! ”-deyə Jirinovski bildirib.

Xatırladaq ki, bir gün əvvəl “Rossiya 1” telekanalının efirində Jirinovski ilə Kseniya Sobçak arasında yaşanan mübahisə zamanı təhqiramiz ifadələrə görə sonuncu Jirinovskinin üzünə su atmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru