İsa Qəmbər insult keçirib? - Ailəsindən sərt reaksiya

2-03-2018, 20:55           

Musavat Partiyasının keçmiş başqanı İsa Qəmbər hemorragik insult keçirib və onun beyninə qan sızıb.

Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyindəki mənbələrdən bildirilib. Bakı həkimlərinin müşayiəti ilə İsa Qəmbər Ankara klinikalarından birinə müalicəyə göndərilib.

Modern.az xəbəri dəqiqləşdirmək üçün İsa Qəmbərin həyat yoldaşı Aida Qəmbərlə əlaqə saxlayıb.

O saytımıza açıqlamasında İsa Qəmbərin insult keçirmədiyini, kimlərində bilərəkdən yalan xəbər yaydığını deyib. "İsa Qəmbərin insult keçirməsi barədə yayılan xəbərlər doğru deyil. Elə bir şey olsaydı, mən də onunla Türkiyəyə gedirdim. 5 dəqiqə bundan qabaq həkimlə danışmışam. Elə bir şey yoxdur”.

Aida Qəmbər xəbərin mətbuatda yazılmasına da aydınlıq gətirib. "Bilirəm ki, mətbuatın işi xəbər yazmaqdır. Buna etiraz etmirəm. Amma İsa Qəmbərin səhhətində ciddi bir şey yoxdur. Düzdü, müəyyən, kiçik problemlər vardı. O da həll olunub. Hətta Azərbaycan mətbuatının hər bir əməkdaşı Türkiyənin Hacəttəpə Universiteti klinikasının həkimi ilə əlaqə saxlayıb xəbəri dəqiqləşdirə bilər”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıisə saytımıza açıqlamasında xəbərə daha sərt münasibət bildirib.

"Kobud ifadəmə görə üzr istəyirəm, amma bu məlumatı yayanlar qələt edir, başlarını divara vururlar! İsa Qəmbər insult keçirməyib və beyninə də qan sızmayıb. Hazırda vəziyyəti stabildir. Bu gün baş-beyin tomoqrafiyasından keçib və heç bir problem aşkar edilməyib. Məlumatı yayan sayt bilərəkdən bunu edir. Isa Qəmbərin Hacətəpə Universitetinin klinikasında müayinələri davam edir”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.