Moldova, Ukrayna və Gürcüstan birgə bəyanat verdi:“Rusiya qoşunları ölkəmizdə sabitliyi pozur”

3-03-2018, 00:02           

Moldova, Ukrayna və Gürcüstan liderləri ərazilərindəki Rusiya qoşunlarının varlığı ölkələrində sabitliyi pozduğunu bildiriblər.

Üç keçmiş Sovet dövlətinin parlament spikerləri cümə günü birgə bəyanatla çıxış edərək, Moldovadakı Rusiya qoşunları ilə bağlı dərin narahatlıqlarını, Gürcüstan və Ukrayna ərazilərinin bir hissəsinin Rusiyanın işğalı altında olduğunu vurğulayıblar. Moldova paytaxtı Kişinyovda bir gün davam edən təhlükəsizlik konfransının sonunda elan edilən bəyanatda həm də separatçıların addımlarında koordinasiya edilmiş xarici dəstəkdən və Avropa meylli hökümətlərin etibardan salınması üçün həyata keçirilən sosial media əməliyyatlarından narahatlıqlarını ifadə edib.

Əlavə edilir ki, hökümətlər bu cür hücumlara cavab vermək imkanlarını gücləndirməli və Avropa Birliyiilə Birləşmiş Ştatların dəstəyinə çağırış edilməlidir. (Amerikanın Səsi)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.