Prezidentliyə namizədin biabırçı fotoları yayıldı

6-03-2018, 09:11           

Rusiya prezidentliyinə namizəd Kseniya Sobçakın seçkiqabağı fəaliyyət göstərən saytı hakerlərin hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə RİA-ya K.Sobçakın səlahiyyətli nümayəndəsi məlumat verib.

“Hakerlərin hücumuna görə sayt çökdü. Hakerlər onun İP adresini tamamilə biabırçı fotolara yönləndirdilər. Saytı çökdürüb, hər şeyi etdilər”, - deyə bildirilib.

Saytın, 2 saat ərzində fəaliyyəti dayandırılıb və bu zaman saytın ünvanında Vladimir Jirinovskinin “Jirik” adlı mineral su ilə fotosu yerləşdirilib.

Qeyd edək ki, dünən də mərasimlərdən birindən çıxarkən K.Sobçak naməlum şəxsin hücumuna məruz qalmışdı.

Ehtimal edilir ki, bu hücum, o cümlədən hakerlərin də fəaliyyəti Sobçakın debat zamanı Jirinovskinin üzünə su atması ilə bağlıdır.

Bununla RLDP lideri xanım namizəddən qisas alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru