Dövlət qulluqçularına ömürlük müavinətin şərtləri dəyişdirildi

6-03-2018, 16:24           

Parlamenntin bugünki iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.

Gununsesi.info-nun məlumatına görə, qanunun 7.0.1-ci maddəsində “dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözlərinin “dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)” sözləri ilə əvəzlənməsi təklif olunur.

Bununla da, “Dövlət qulluğu haqqında” qanuna əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda dövlət qulluqçularına ömürlük müavinət təyin edilir.

Hazırda qüvvədə olan qanuna görə, dövlət qulluqçularına ömürlük müavinət – “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilir.

Layihə səsə qoyularaq qəbul olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru