Zaxarova Britaniya baş nazirinə cavab verib

14-03-2018, 20:42           
Zaxarova Britaniya baş nazirinə cavab verib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniya baş naziri Tereza Meyin Rusiya XİN başçısı Sergey Lavrovla bağlı sözlərinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, M. Zaxarova Lavrovun Britaniya deyil, Rusiyanın naziri olduğunu və ona qiymətin Rusiya prezidenti tərəfindən verildiyini bildirib. "Tereza, Lavrov Rusiyanın naziridir, Britaniyanın yox. Nazir kimi qiyməti də ona Rusiya prezidenti verir. Başa düşürəm ki, başqa cür düşünmək istəyirsiniz. Lakin sizin nazir Boris Consondur", - deyə Zaxarova "Facebook"da yazıb.

Qeyd edək ki, Tereza Mey bu gün parlamentdə çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nazir postuna layiq olmadığını söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru