BMT Təhlükəsizlik Şurasında Solsberidəki insidentlə bağlı iclas keçirilir

15-03-2018, 09:02           

BMT Təhlükəsizlik Şurası Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi ilə bağlı qapalı iclas keçirir.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, tədbir Böyük Britaniyanın təşəbbüsü ilə keçirilir.



Məlumata əsasən, BMT Təhlükəsizlik Şurasının qeyd olunan məsələ ilə bağlı iclası yerli vaxtla saat 15:00-da başlamalı və açıq formatda baş tutmalı idi. Lakin hazırda Təhlükəsizlik Şurasının üzvləri qapılar arxasında məsləhətləşmələr aparırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru