Vaşinqtonda yerləşən Corctaun Universitetində Azərbaycan Mədəniyyəti təmsil olunub (FOTO)

20-03-2018, 09:35           
in 17 mart tarixində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Corctaun Universitetində Xarici Xidmət fakultəsinin təşkilatçılığı ilə magistratura pilləsində təhsil alan tələbələr üçün “Mədəniyyət axşamı”adlı sərgi keçirilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, 30 ölkənin təmsil olunduğu sərgidə xarici ölkə vətəndaşları ilə yanaşı ABŞ-ın müxtəlif ştatlarından olan və Corctaun Universitetində təhsil alan tələbələrdə iştirak ediblər.

Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə sözügedən tədbirdə ölkəmizin stendi qurulub,Azərbaycan mədəniyyəti haqqında müvafiq çap materialları və suvenirlər təqdim olunub. Sərginin Novruz bayramı ərəfəsində keçirildiyini nəzərə alaraq, tələbələrər Azərbaycan milli şirniyyatlarına qonaq edilib.

Sərgidə ölkəmizi həmvətənimiz Türkan Muxtarova təmsil edib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru